A Seriyasını tərk edəcək 3-cü klub da bəlli oldu

A Seriyasını tərk edəcək 3-cü klub da bəlli oldu
İtaliya A Seriyasında 25-ci turdan təxirə salınmış bir oyun keçirilib. 
Fanat.Az xəbər verir ki, "Latsio” "Torino”nu qəbul edib.
 
Oyun qolsuz bərabərliklə bitib. Bu heç-heçədən sonra "Latsio” 68 xalla 6-cı pillədə qərarlaşıbsa, "Torino” 36 xalla 17-cidir.
 
Yeri gəlmişkən, bu nəticə ilə "Benevento”nun da A Seriyasını tərk edəcəyi dəqiqləşib. Sözügedən komanda hazırda 32 xalla 18-ci sırada qərarlaşıb. "Benevento” son turda məhz "Torino”nun qonağı olacaq. Amma Turin təmsilçisi bu oyunda uduzsa belə, 17-ci pillədə qalacaq. A Seriyasında son turun qarşılaşmaları 22-23 mayda keçiriləcək.
 
Xatırladaq ki, 20 xalla 20-ci və 22 xalla 19-cu pillələrdə qərarlaşmış "Parma” ilə "Krotone”nin gələn mövsümə B Seriyasında başlayacağı öncədən bəlli idi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər