A Seriyasında yaşıl formada oynamaq qadağan edildi - SƏBƏB

A Seriyasında yaşıl formada oynamaq qadağan edildi - SƏBƏB
İtaliya A seriyasında 2022/2023 mövsümündə yaşıl rəngli forma ilə oynamaq qadağan edilib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, səbəb A Seriyasının telekanallarla əməkdaşlığından irəli gəlir.
Belə ki, teleşirkətlərin nümayəndələri yaşıl formada olan futbolçuların qazonun rəngindən çox seçilmədiyini və bu məqamın çəkilişlər zamanı görüntünün keyfiyyətinə təsir etdiyini bildirərək, vəziyyətdən çıxış yolu istəyiblər. Telekanalların rəsmiləri hətta yaşıl formanın üzərindəki qara zolaqların belə, problemi aradan qaldırmadığını çempionatın təşkilatçılarına çatdırıblar.
Qeyd edək ki, ötən mövsüm İtaliya çempionatında yaşıl formayla çıxış edən komandalar olub. "Sassuolo"nun isə əsas geyim dəsti bu rəngdədir.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər