A Seriyasında tura darmadağınla yekun vuruldu

A Seriyasında tura darmadağınla yekun vuruldu

İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Cenoa” doğma meydanda “Kalyari” ilə qarşılaşıb və darmadağına sevinib.

Hazırda “İnter” 89 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Milan” 70 xalla 2-ci, “Yuventus” 65 xalla 3-cü, “Bolonya” 63 xalla 4-cü, “Roma” 59 xalla 5-cidir. “Atalanta”nın 57, “Latsio”nun 55, “Fiorentina” və “Napoli”nin 50 xalı var.

İtaliya A Seriyası 34-cü tur 26 aprel

Frozinone – Salernitana 3:0 Qollar: Sule, 10-pen. Breşianini, 25. Zortea, 85.

27 aprel

Leççe – Montsa 1:1 Qollar: Krstoviç, 90+2 – Pessina, 90+6.

Yuventus – Milan 0:0

Latsio – Verona 1:0 Qol: Zakkayni, 72.

28 aprel

İnter – Torino 2:0 Qollar: H.Çalhanoğlu, 56; 60-pen.

Bolonya – Udineze 1:1 Qollar: Salemakers, 78 – Payero, 45+1.

Atalanta – Empoli 2:0 Qollar: Paşaliç, 42-pen. Lukman, 51.

Napoli – Roma 2:2 Qollar: Olivera, 65. Osimhen, 84-pen – Dibala, 59-pen. Abraham, 89.

Fiorentina – Sassuolo 5:1 Qollar: Sottil, 17. M.Kuarta, 54. N.Qonsales, 58; 66. A.Barak, 62 – Torstvedt, 57.

29 aprel

Cenoa – Kalyari 3:0 Qollar: Torsbi, 17. Frendrup, 27. Qudmundsson, 63.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər