İtaliya çempionatında 2014/15 mövsümü yekunlaşıb. Fanat.az хəbər verir ki, "Yuventus"un ardıcıl 4-cü (ümumilikdə 31-ci) dəfə çempion olduğu mövsümdə "Roma" gümüş, "Latsio" bürünc medalları qazanıb.
"İnter"lə "Roma" birbaşa Çempionlar Liqasının qrup, "Latsio" pley-off mərhələsinə vəsiqə əldə edib.
4-5-ci pillələri tutan "Fiorentina" və "Napoli" Avropa Liqasının qrup mərhələsinə, 7-ci pillədə qərarlaşan "Sampdoriya" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Buna səbəb 6-cı pilləni tutan "Ceona"nın avrokuboklara buraхılmaması olub.
Son 3 pilləni tutan "Kalyari", "Cesena" və "Parma" B Seriyasına yuvarlanıb. B Seriyasında 1-2-ci pillələri tutan "Karpi" və "Frosinone" A Seriyasına yüksəlib. Son vəsiqə 3-8-ci yerlər arasında keçirilən pley-off turundan sonra müəyyənləşəcək.
| 1. | Yuventus | 38 | 26 | 9 | 3 | 72:24 | 87 |
| 2. | Roma | 38 | 19 | 13 | 6 | 54:31 | 70 |
| 3. | Latsio | 38 | 21 | 6 | 11 | 71:38 | 69 |