A Seriyasında rekord qeydə alındı - İndiyə qədər bunu bacaran olmamışdı

A Seriyasında rekord qeydə alındı - İndiyə qədər bunu bacaran olmamışdı

İtaliya çempionatının 31-ci turunun bağlanış matçında "Udineze" üzərində əzmkar qələbə qazanan "İnter" turnir cədvəlində liderliyini möhkəmləndirib. 

Fanat.Az xəbər verir ki, Milan nəhəngi 1:0 hesablı qələbə qazandığı görüşdə vurduğu qolla rekord müəyyənləşdirib. 

"Opta Sports"-un hesablamasına görə, "İnter" çempionat başlayandan bəri ardıcıl 31-ci oyundur ki, meydanı qolsuz tərk etmir. Bu, İtaliya A Seriyası üçün yeni rekorddur. İndiyə qədər İtaliyada heç kim 31-ci tura qədər hər matçda qol vura bilməyib. 

Hazırda klubun aktivində 75 qol var. Müqayisə üçün qeyd edək ki, 3-4-cü yerləri tutan "Yuventus" və "Bolonya" hərəyə cəmi 45 qol vurub.   

İtaliya A seriyasının növbəti turunda Milan “İnter”i “Kalyari” ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər