İtaliya A Seriyasının XVIII turunda keçirilən "İnter” - "Napoli” oyunundan əvvəl iki komandanın azarkeşləri arasında dava düşüb.
Fanat.Az xəbər verir ki, nəticədə qonaq komandanın 4 azarkeşi bıçaqlanıb. Onlardan birinin vəziiyəti ağırdır. Qarın nahiyəsindən bıçaqlanan 43 yaşlı azarkeş xəstəxanaya yerləşdirilib. Digər 3 nəfər isə yüngül xəsarət alıb.
"İnter” azarkeşlərindən birini isə yaxınlıqdan keçən avtomobil tərəfindən vurulub. Həmin şəxsin vəziyyəti ağırdır.
Qeyd edək ki, oyun "İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Fanat.Az