A Seriyasında maraqlı tendensiya: 6-da 6

A Seriyasında maraqlı tendensiya: 6-da 6

"İnter" Simone İnzaginin rəhbərliyi altında vaxtından əvvəl İtaliya çempionu olub. 

Fanat.Az xəbər verir ki, A Seriyasında maraqlı məşqçilik seriyası davam edir.

"Squawka"-nın hesablamasına görə, son 6 ildə 6 müxtəlif məşqçi Skudetto qazanıb. Maraqlısı odur ki, heç kim titulu qoruya bilməyib.

2019-cu ildə A Seriyasını Massimiliano Alleqri ("Yuventus"), 2020-ci ildə Mauritsio Sarri ("Yuventus"), 2021-ci ildə Antonio Konte ("İnter"), 2022-ci ildə Stefano Pioli (“Milan”), 2023-cü ildə Lusiano Spalletti ("Napoli”) qazanıb.

İnzagi, Pioli, Spalletti və Sarri üçün bu, məşqçilik karyeralarında ilk Skudetto olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər