İtaliya A seriyasında iştirak edəcək klubların sayı azaldılacağı gözlənilir.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib.
O deyib ki, yüksəl liqada oynayan klubların sayı 20-dən 18-ə endirilə bilər:
"Bu, baş verəcəyi təqdirdə, çempionatın səviyyəsi artacaq. Yaxın günlərdə bununla bağlı müzakirələrimiz olacaq. Bu dəyişikliyi qarşıdakı 4-5 il ərzində həyata keçirmək lazımdır".
Fanat.Az