A Seriyasında ən çox kim qazanır? - Çalhanoğlu üçüncüdür

A Seriyasında ən çox kim qazanır? - Çalhanoğlu üçüncüdür

Hazırda İtaliya A Seriyasında ən çox maaş alan  futbolçuların siyahısı açıqlanıb.

Fanat.Az  "Calcioe Finanza"ya istinadən xəbər verir ki, siyahıya hər mövsüm üçün 12 milyon avro alan serb hücumçu Duşan Vlahoviç  ("Yuventus") başçılıq edir.

İldə 9 milyon qazanan Lautaro Martines ("İnter") ikincidir.

Hərəyə 6,5 milyon avro gəlir əldə edən "İnter"in daha iki üzvü - Hakan Çalhanoğlu və Nikolo Barella isə ilk "üçlüy"ü qapayır.

Qeyd edək ki, futbolçuların aylıq gəlirləri hesablanarkən vergilər nəzərə alınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər