İtaliya A Seriyasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, "Sampdoriya"nın çalışdırıcısı Delio Rossi istefaya göndərilib.
Klubun yaydığı rəsmi açıqlamada bildirilir ki, bazar günü "Fiorentina"ya 1:2 hesabı ilə yenilən komandanınr rəhbərliyi baş məşqçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Səbəb isə komandanın uğursuz çıxışı olub. Belə ki, "Sampdoriya" 12 turdan sonra 9 xalla turinir cədvəlinin 18-xi pilləsində qərarlaşıb.
Ötən il Ciro Ferraranın yerinə gələk Rossi cari mövsümdə A Seriyasında postunu tərk edən üçüncü mütəxəssis olub. Ondan əvvəl "Ceona"dan Fabio Liverani və "Kataniya"dan Rolando Maran istefaya getmişdi.
Fanat.az