İtaliya A Seriyasında debütantı "Salernitana" İtaliya çempionatının 3-cü turunda "Torino" ya 0:4 hesabı ilə məğlub olub.
Fanat.Az "OPTA" saytına istinadən xəbər verir ki, 3 tura 11 top buraxan komanda 1995-ci ildən bəri antirekordu yeniləyib.
Xatırladaq ki, ikinci turda "Salernitana" "Roma"ya (0:4), ilk turda isə "Bolonya"ya (2:3) məğlub olub.
Emin Şəmsiyev