A Seriyasında 7 oyun: "Yuve" tək qolla - Qollar burda

A Seriyasında 7 oyun: "Yuve" tək qolla - Qollar burda
İtaliya A Seriyasında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, şənbə və bazar günləri 9 matç baş tutub.
Şənbə günü "Udineze" "Milan"ı 1:0 hesabı ilə yenib. "Kataniya" - "Kalyari" matçında qalib müəyyənləşməyib - 1:1.
Bazar günü isə 7 qarşılaşma baş tutub. Lider "Yuventus" evdə "Fiorentina"ya qalib gəlib - 1:0. "İnter" eyni hesabla evdə "Torino"nu yenib, "Latsio" "Atalanta"ya uduzub. "Sampdoriya" "Livorno"nu 4:2, "Parma" "Verona"nı 2:0, "Kyevo" "Ceona"nı 2:1 hesabı ilə məğlub edib. "Boloniya" - "Sassuolo" matçında isə qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, turun son oyunu saat 00.00-da "Napoli" və "Roma" arasında başlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər