A Seriyası: "Yuve"yə 3 qol bəs etmədi

A Seriyası: "Yuve"yə 3 qol bəs etmədi
İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 7 görüş reallaşıb.
 
"Milan" "Parma"nı, "Roma" "Verona"nı üstələyib. "Sassuolo" ilə səfər matçında 3 qol vuran "Yuventus" isə qələbə qazana bilməyib. Bu tur "Napoli" də 1 xalla kifayətlənib. 
İtaliya A Seriyası
33-cü tur
 
14 iyul
 
Atalanta – Breşiya 6:2
Qollar: Paşaliç, 2; 55; 58. De Roon, 25. Malinovski, 28. Sapata, 30 – Torreqrossa, 8. Spalek, 83.
 
15 iyul
 
Milan – Parma 3:1
Qollar: Kessye, 55. Romanyoli, 59. Çalhanoğlu, 77 – Kurtiç, 44.
 
Bolonya – Napoli 1:1
Qollar: Barrov, 80 – Manolas, 7.
 
Sampdoriya – Kalyari 3:0
Qollar: Qabbyadini, 8. Bonatsoli, 41; 53.
 
Roma – Verona 2:1
Qollar: Veretu, 10-pen. Dzeko, 45+3 – Pessina, 47.
 
Leççe – Fiorentina 1:3
Qollar: Şaxov, 88 – Kyeza, 6. Gezzal, 38. Kutrone, 40.
 
Sassuolo – Yuventus 3:3
Qollar: Dyuriçiç, 29. Berardi, 51. Kaputo, 54 – Danilo, 5. İquayn, 12. Sandro, 64.
 
Udineze – Latsio 0:0
 
16 iyul
 
21:30 Torino – Cenoa
23:45 SPAL – İnter
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər