İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə bir matç keçirilib.
Səfərdə “Verona” ilə üz-üzə gələn mövsümün sürpriz komandası - “Udineze” əzmkar qələbə qazanıb.
“Napoli” və “Atalanta” 20 xalla şərikli liderlərdir. "Udineze" 19 xalla 3-cü pillədə mövqe tutub. “Latsio” və “Milan”ın 17 xalı var. “Roma” 16 xalla 6-cı, “Yuventus” 13 xalla 7-cidir. “Sassuolo” və “İnter” isə hərəyə 12 xal toplayıb.
İtaliya A Seriyası
VIII tur
3 oktyabr
Verona – Udineze 1:2 Qollar: Doiq, 23 – Beto, 70. Biyol, 90+3.
2 oktyabr
Latsio – Spetsiya 4:0 Qollar: Zakkayni, 12. Romanyoli, 24. Milinkoviç-Saviç, 61; 90+1.
Leççe – Kremoneze 1:1 Qollar: Strefetsa, 42 – Çiofani, 19.
Sampdoriya – Montsa 0:3 Qollar: Pessina, 11. Kaprari, 67. Sensi, 90+4.
Sassuolo – Salernitana 5:0 Qollar: Loryente, 12. Pinamonti, 39. Torstvedt, 53. Harrui, 76. Antiste, 90+1.
Atalanta – Fiorentina 1:0 Qol: Lukman, 59.
Yuventus – Bolonya 3:0 Qollar: Kostiç, 24. Vlahoviç, 59. Milik, 62.
1 oktyabr
Napoli - Torino 3:1 Qollar: Zambo-Anqissa, 6; 12, Kvaratsxeliya, 37 - Sanabriya, 44.
İnter - Roma 1:2 Qollar: Dimarko, 30 - Dibala, 39, Smollinq, 75.
Empoli - Milan 1:3 Qollar: Bayrami, 92 - Rebiç, 79, Ballo-Ture, 90+4, Leau, 90+7.