İtaliyanın “Salernitana” komandasına texniki məğlubiyyət verilib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı A Seriyasının rəsmi saytı yayıb. Salerno təmsilçisinin 19-cu turda “Udineze” ilə oyuna çıxmaqdan imtina etdiyi üçün cəzalandırıldığı bildirilib. 0:3 hesablı yenilgi ilə üzləşən klubun hesabından da 1 xal silinib.
“Salernitana” dekabrın 21-də keçirilməli olan bu qarşılaşmaya komandada koronavirusa yoluxanların sayının çoxluğunu səbəb göstərərək çıxmaq istəməmişdi.
Salernolular hazırda 10 xalla turnir cədvəlinin sonuncusudur.