A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

İtaliyanın "Udineze" klubu baş məşqçisi Qabriel Koffi ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun saytı yayıb. 

48 yaşlı Koffi komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib.

Onun yerini Fabio Kannavaro tutub. 50 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. 

Kannavaro son olaraq “Benevento”nu çalışdırıb.

Koffi ötən ilin oktyabrından "Udineze"yə rəhbərlik edirdi. Udine təmsilçisi onun rəhbərliyi altında 23 oyuna çıxıb. Bu qarşılaşmalarda "aĝ-qaralar" 4 qələbə, 10 heç-heçə, 9 yenilgi gőrűblər. Hazırda 28 xalı olan "Udineze" turnir cədvəlinin 17-ci pilləsində mővqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər