İtaliya A Seriyası klubu "Montsa" baş məşqçi Raffaele Palladinonun yayda klubdan ayrılmasına hazırlaşır.
Fanat.Az xəbər verir ki, onunla A Seriyasının bir sıra klubları, o cümlədən "Fiorentina" maraqlanır.
Bu barədə informasiya yayan "Tuttomercatoweb"-in məlumatına görə, “Montsa”nın baş direktoru Adriano Qalliani Palladinonun yerinə iki namizədi nəzərdən keçirir. Onlardan biri 2006-cı ilin dünya çempionu Alessandro Nestadır. O, hazırda B Seriyasında çıxış edən "Reggiana"ya rəhbərlik edir.
Palladinonun yerinə digər namizəd fevralın sonunda “Sassuolo”nun baş məşqçisi vəzifəsindən qovulan Alessio Dionisidir.
Mirağa