İtaliyanın "Sampdoriya” klubu hücumçusu Fabio Kvalyarella ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı A Seriyası təmsilçisinin rəsmi saytı yayıb.
Əvvəlki anlaşmasının müddəti başa çatan 38 yaşlı forvard 2022-ci ilin yayına qədər "Sampdoriya”da top qovacaq.
Sözügedən forvard 2016-cı ildən "Sampdoriya”nın formasını geyinir. İtaliya yığmasının sabiq üzvü son mövsümdə meydana çıxdığı 33 oyunda 13 qol vurub. Ümumilikdə Fabio bu komandanın heyətində 191 matçda 85 dəfə rəqib qapılarına yol tapıb.
Atilla