A Seriyası başlayır

A Seriyası başlayır

“Böyük beşlik” ölkələrindən daha birində yeni mövsümə start verilir. Fanat.az xəbər verir ki, Almaniya, Fransa, İngiltərə və İspaniyanın ardınca bu həftə İtaliya A Seriyasında mübarizə başlayacaq.

20 komandanın 38 həftə ərzində mübarizə aparacağı A Seriyasının start fiti Bakı vaxtı ilə saat 21.00-da çalınacaq. Mövsümün ilk matçında debütant “Verona” “Milan”ı qəbul edəcək. Futbol ilinə gələn ilin 18 mayında keçiriləcək 38-ci turun oyunları ilə yekun vurulacaq. I dövrənin oyunları dekabrın 12-də başa çatacaq. 2014-cü ilin 19 yanvarında isə II dövrəyə start veriləcək.

Təqvimə əsasən ilk derbi matçı III turda “İtaliya derbisi” adlanan “İnter” – “Yuventus” matçı olacaq. Növbəti turda paytaxt derbisi – “Roma” – “Latsio” matçı keçiriləcək. VI turda Turin derbisi – “Torino” – “Yuventus”, XVII turda Milan derbisi – “İnter” – “Milan” baş tutacaq.

“Yuventus” yenə favoritdi

Son iki mövsümdə qızıl medallara sahib çıxaraq 29 çempionluqla A Seriyasının rekordçusu olan “Yuventus” yenə əsas favorit hesab olunur. Antonio Kontenin başçılıq etdiyi komanda bu yay Karlos Tevez və Angelo Oqbonna transferləri ilə bir az da güclənib.

Ötən mövsümü ikinci pillədə başa vuran “Napoli” İtaliyada transfer dövrünün ən fəal klubu olaraq çempionluq yolundakı rəqiblərinə önəmli mesaj verdi. Baş məşqçisi Valter Mazzarinin “İnter”ə keçidindən sonra Rafael Beniteslə anlaşan komanda “Real”dan Nonzalo Hiquaynı, Raul Albiolu, Joze Kallejonu, PSV-dən Dries Mertensi, “Triestina”dan Roberto Kolombo, “Estudiantes”dən Duvan Zapatanı heyətinə qatıb.

Transfer dönəmində ulduz futbolçu transferinə imza atmayan “Milan” isə oturuşmuş hekyəti və ad-sanı ilə yenə çempionluğa namizəddi.

Baş məşqçi postuna Valter Mazzarini gətirən “İnter” hələ ki, qapalı qutudu. Milan təmsilçisinin bu mövsüm çempionluq uğrunda mübarizə aparıb-aparmayacağı bilinmir.

Ötən mövsüm İtaliya Kubokunu muzeyinə aparan Vladimir Petkoviçin başçılıq etdiyi “Latsio” Vinçenzo Montellanın çalışdırdığı “Fiorentina” da yüksək yerlər uğurunda yarışacaq.

Paytxat təmsilçilərindən “Roma” da yenidənqurma siyasətinə əl atan klublardandı. Baş məşqçi postuna Rudi Qarsiyanı gətirən komanda Gervinyo, Kevin Strootman, Maykon və Morqan De Sanktis kimi ulduzları heyətinə qatıb.

Argentinalı ulduzlar A Seriyasında

Avropanın üçüncü böyük çempionatı olan İtaliya son iki ildə maliyyə böhranında çabalayır. Bunun nəticəsidi ki, nəyinki məşhur futbolçular A Seriyasına gəlmir, burda oynayanlar belə ölkəni tərk edir. Amma bu yay argentinalı ulduzlar bu vəziyyəti dəyişdi.

Çempion “Yuventus” Karlos Tevezi 9 milyon avroya heyətinə qatdı. Başqa bir argentinalı Qonzalo Hiquayn “Napoli”yə keçdi. Uruqvaylı Edinson Kavanini 63 milyon avroya PSJ-yə satan İtaliya klubu əvəzində “Real”a 40 milyon avro ödəyərək Hiquaynı aldı.

A Seriyası2013/14 mövsümüI tur

24 avqust21.00 Verona – Milan23.45 Sampdoriya – Yuventus

25 avqust21.00 İnter – Cenoa23.45 Kalyari – Atalanta23.45 Latsio – Udineze23.45 Livorno – Roma23.45 Napoli – Boloniya23.45 Parma – Kyevo23.45 Torino – Sassuolo

26 avqust23.45 Fiorentina – Kataniya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər