AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.

Seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə  Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı "WTT Youth Contender" turnirində mübarizə aparacaq. 

Bu gün başlanan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq. 

Xatırladaq ki, Onur, bugünlərdə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüsdü.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər