19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar bəlli olub.
Fanat.Az xəbər verir ki, yığmanın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək.
Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.
Avropa çempionatı Seçmə mərhələ, VII qrup
13 noyabr
14:00. Azərbaycan - İslandiya Baş hakim: Devid Dikinson (Şotlandiya). Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova). Dördüncü hakim: İqor Boska (Moldova). "Zimbru-2" stadionu.
16 noyabr
14:00. İrlandiya - Azərbaycan Baş hakim: Miloş Milanoviç (Serbiya). Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova). Dördüncü hakim: İqor Boska (Moldova). "Zimbru-2" stadionu.
19 noyabr
15:00. Moldova - Azərbaycan Baş hakim: Devid Dikinson (Şotlandiya). Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya). Dördüncü hakim: Yan Petrik (Çexiya). "Zimbru" stadionu.