AÇ: Millimiz startda İslandiya ilə üz-üzə

AÇ: Millimiz startda İslandiya ilə üz-üzə

19 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız bu gün ilk oyununu keçirəcək. 

Elxan Abdullayevin baş məşqçisi olduğu komanda açılış matçında İslandiya ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, U-19 İslandiyadan başqa, noyabrın 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

Avropa çempionatı, seçmə mərhələ 7-ci qrup 13 noyabr

14:00. Azərbaycan – İslandiya Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova). Kişinyov, "Zimbru-2" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər