AÇ: Millimiz ilk sınağına çıxır

AÇ: Millimiz ilk sınağına çıxır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün 2025-ci ilin ilk rəsmi oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, U-19 Avropa çempionatının II seçmə mərhələsində mübarizəyə qoşulacaq.

B Liqasının 4-cü qrupunda yer alan komandamız Şimali İrlandiya ilə qarşılaşacaq. Görüş Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda baş tutacaq. Qarşılaşmanı rumıniyalı baş hakim idarə edəcək. 

Qeyd edək ki, qızlarımızın qrupdakı digər rəqibləri Albaniya və Monteneqrodur.

Avropa çempionatı 2-ci seçmə mərhələ 18 fevral   14:30. Şimali İrlandiya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar) Hakimlər: Roxana Recorean, Andreea Daniela Şuşcă (hər ikisi Rumıniya), Paola Shyle, Kejsi Tafili (hər ikisi Albaniya) House of Football Natural Pitch stadionu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər