AÇ: Hidayət Heydərov finalda uduzdu

AÇ: Hidayət Heydərov finalda uduzdu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finalda uduzub.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu yerli idmançı Laşa Şavdatuaşviliyə yenilərək gümüş medal qazanıb.

Bu, daha öncə 4 dəfə Avropa çempionluğunu bayram etmiş Hidayətin karyerasında ikinci qitə "gümüş"ü olub. 

Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) üstələmişdi.

Dünən mübarizəyə qoşulan 7 Azərbaycan cüdoçusundan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal əldə edib.

Avropa çempionatı aprelin 19-da yekunlaşacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər