AÇ: Cüdoçularımız medal qazana bilmədi

AÇ: Cüdoçularımız medal qazana bilmədi

Lüksemburqda cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə daha 4 təmsilçimiz mübarizəyə qoşulub.

Millinin üzvlərindən ən yaxşı nəticəni 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev göstərib. O, 1/16 finalda Yunanıstan, növbəti mərhələdə Fransadan olan rəqiblərini üstələsə də, 1/4 finalda Rusiya təmsilçisi ilə bacarmayıb. Təsəlliverici görüşdə də finlandiyalı həmkarına uduzan cüdoçumuz 7-ci yerlə kifayətlənib.

Zaməddin Poladov, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Ömər Rəcəblinin (81 kq) gücü isə yalnız ilk görüşü keçməyə yetib. Onların hamısı 1/8 finalda məğlub olaraq medal şansını itirib.

Xatırladaq ki, qitə birinciliyinin ilk günündə tatamiyə çıxan 7 təmsilçimizdən yalnız Aydan Vəliyeva millinin aktivinə medal yaza bilib. Qızların 48 kiloqram çəki dərəcəsində yarışan idmançımız gümüş mükafata sahib çıxıb. 

Sabah - sentyabrın 11-də son təmsilçimiz Ruslan Nəsirli (100 kq) qüvvəsini sınayacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər