AÇ: Üç boksçumuzun medal savaşı

AÇ: Üç boksçumuzun medal savaşı

Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün yarışda 1/4 final görüşləri keçiriləcək. Azərbaycan təmsilçilərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) bu mərhələdə mübarizə aparacaq. Dəri əlcək ustalarımız yarımfinala yüksələcəyi təqdirdə ən azı bürünc medalı təmin edəcəklər.

Qeyd edək ki, Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb. Qaliblər aprelin 21-də məlum olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər