AÇ: Bu gün daha beş cüdoçumuz mübarizəyə başlayır

AÇ: Bu gün daha beş cüdoçumuz mübarizəyə başlayır

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 üzvü mübarizəyə başlayacaq.

Kişilərin mübarizəsində 81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə mübarizə aparacaq. 

Ömər Rəcəbli 1/16 finalda Jon Vrenozi (Albaniya) - Eetu İhanamaki (Finlandiya) cütünün qalibini gözləyir.

90 kq çəkidə yarışan Murad Fətiyev isə 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşacaq.

Qadınlara gəlincə,  Günel Həsənli (70 kq) 1/32 finalda Anna Oleynik-Korniyenko (Ukrayna), Südabə Ağayeva (70 kq) isə Adelina Novitski (İsrail) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər