AÇ: Boksçumuz medalı təmin etdi

AÇ: Boksçumuz medalı təmin etdi

Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa birinciliyində növbəti döyüşünü keçirib.

Fanat.Az xəbər verir ki, idmançı 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.

İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran Babayev ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçu rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Kənan bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq 1/2 finalda irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda daha 2 boksçumuz 1/4 final döyüşünə çıxacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər