AÇ: Boks üzrə Azərbaycan yığması "Top-8"də

AÇ: Boks üzrə Azərbaycan yığması "Top-8"də

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yarışda 13 çəkidən 7-də mübarizə aparan Azərbaycan milli komandasının 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığma bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir.

Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.

Qeyd edək ki, Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək.

Avropa çempionatı, U-22 Finalda təmsil olunacaq ölkələrin siyahısı

1. Ukrayna – 4 boksçu 2. İtaliya – 3 3-8. Azərbaycan – 2 Gürcüstan – 2 Türkiyə – 2 Bolqarıstan – 2 Uels – 2 Ermənistan – 2 9-15. Danimarka – 1 Xorvatiya – 1 İsrail – 1 Almaniya – 1 Avstriya – 1 Niderland – 1 İrlandiya – 1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər