AÇ-2025: U-19 birinci səbətdə yer aldı

AÇ-2025: U-19 birinci səbətdə yer aldı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində mübarizəyə ilkin raunddan başlayacaq. 

Fanat.Az xəbər verir ki, bu mərhələnin oyunları yanvarda start götürəcək. 

Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə oktyabrın 31-də keçiriləcək. Reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan millimiz öz qrupunun birinci komandası olacaq. Sıralamada yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər. Səbətlərdən 2-də 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. 

İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək. Yekunda qrup qalibləri final mərhələsinə yüksələcək. 

Final mərhələnin oyunları gələn il 28 sentyabr – 5 oktyabrda Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət

Gürcüstan Azərbaycan Şimali Makedoniya

2-ci səbət

Kosovo Litva Cəbəllütariq

3-cü səbət

Malta Almaniya San Marino Estoniya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər