AÇ-2024:Türkiyə və Gürcüstan 1/8 finalda!

AÇ-2024:Türkiyə və Gürcüstan 1/8 finalda!

Almaniyada təşkil olunan Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, qrup mərhələsindəki mübarizəyə yekun vurulub.

Slovakiya və Rumniya ilə, Belçika isə Ukrayna ilə heç-heçə oynayıb. Belədə, 2-ci turdan sonrakı status-kvo dəyişməyib və bütün komandalar qrupu 4 xalla bitiriblər. Belədə, əlavə göstəricilərə görə sonuncu pillədə qərarlaşan Ukrayna mübarizəni dayandırıb. 

F qrupuna gəlincə, Hamburq şəhərində Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətiriblər. "Ay- ulduzlular" 20-ci dəqiqədən azlıqda oynayan çexləri 2:1 hesabı ilə yenərək qrup ikincisi kimi 1/8 finala yüksəliblər.

Bu qrupun paralel keçirilən digər görüşündə isə Gürcüstan Portuqaliya üzərində inamlı qələbə qazanaraq xal hesabını 4-ə çatdırıb və ən yaxşı qrup üçüncülərindən biri qismində tarixində ilk dəfə qatıldığı AÇ-nin 1/8 finalına çıxıb. 

AÇ-2024 III tur 26 iyun

E qrupu 

Slovakiya - Rumıniya 1:1  Qollar: Duda, 24 - Marin, 37-pen.

Baş hakim: Daniel Siebert (Almaniya). “Frankfurt Arena”.

Ukrayna - Belçika 0:0  Baş hakim: Entoni Teylor (İngiltərə). Ştutqart, "MHP Arena".

Xal durumu: Rumıniya - 4, Belçika - 4, Slovakiya - 4, Ukrayna - 4. 

F qrupu

Çexiya - Türkiyə 1:2

Qollar: Souçek, 66 - Çalhanoğlu,51. Tosun, 90+4

Qırmızı vərəqə: Barak, 20 (ikinci sarı) Baş hakim: İştvan Kovaç (Rumıniya). Hamburq, “Folksparkştadion".

Gürcüstan - Portuqaliya 2:0 

Qollar: Kvaratsxeliya, 2. Mikautadze, 57. Baş hakim: Sandro Şörer (İsveçrə). Helzenkirhen, "Feltins Arena".

Xal durumu: Portuqaliya - 6, Türkiyə - 6, Gürcüstan - 4, Çexiya -1. 

Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər