Futbol üzrə Avropa çempionatının oyunları davam edir.
Fanat.Az xəbər verir ki, I tur çərçivəsində bu gün daha 3 matç oynanılıb.
Əvvəlcə Rumıniya və Ukrayna milli komandaları üz-üzə gəliblər. Ukrayna görüşün favoriti sayılsa da, Georgi Hacinin həmyerliləri Sergey Rebrovun rəhbərlik etdiyi kollektivi 3 cavabsız qolla yeniblər.
Ardından Belçika - Slovakiya görüşü baş tutub. Qarşılaşmanı türkiyəli FİFA referisi Halil Umut Meler idarə edib. Erkən qol vuran slovaklar çətin dueldən qələbə ilə ayrılmağı bacarıblar.
Nəhayət, günə Avstriya - Fransa oyunu ilə yekun vurulub. 'Xoruzlar" minimal hesablı zəfərə seviniblər.
AÇ-2024 17 iyun
E qrupu
Rumıniya – Ukrayna 3:0
Qollar: Stançu, 29. Marin, 53. Draquş, 57 Hakim: Qlen Nyüberq (İsveç). Münhen. "Alianz Arena"
Belçika – Slovakiya 0:1
Qol: Şrants,7 Hakim: Halil Umut Meler (Türkiyə) Frankfurt. "Deutsche Bank Park"
D qrupu
Avstriya – Fransa 0:1
Qol: Vöber, 38 - öz qapısına. Hakim: Xesus Mansano (İspaniya) Düsseldorf. "Merkur Spiel-Arena"