AÇ-2024: İsveçrə, İspaniya və İtaliya qələbə ilə start verdilər

AÇ-2024: İsveçrə, İspaniya və İtaliya qələbə ilə start verdilər

Almaniyada keçirilən Avropa Çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, qitə turnirinin ikinci günündə 3 matç oynanılıb. 

Ötən gün açılış matçında üz-üzə gələn Almaniya və Şotlandiyanın olduğu A qrupunun digər qarşılaşması Macarıstanla İsveçrə arasında baş tutub. İsveçrəlilər rəqibi üzərində inamlı qələbə qazanıblar.

Günün ikinci qarşılaşmasında B qrupunun favoritlərindən sayılan İspaniya və Xorvatiya münasibətlərinə aydınlıq gətiriblər. Pireneylilər ilk hissədə vurduğu qollarla böyük hesabla qalib gəlib. 

Nəhayət, günə İtaliya - Albaniya matçı ilə yekun vurulub. Oyunda vurulan 3 qol 16 dəqiqəyə sığıb. İlk dəqiqə tamam olmamış yenidən meydanın mərkəzinə dəvət olunan italiyalılar erkən qola üzülsələr də, əzmkar qələbə qazanıblar. 

AÇ-2024 15 iyun

A qrupu

Macarıstan – İsveçrə 1:3  Qollar: Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12. Mişel Ebişer, 45. Embolo, 90+3.

Hakim:  Slavko Vinçiç (Sloveniya). Köln. "Rhein Energie Stadion".   B qrupu

İspaniya – Xorvatiya 3:0  Qollar: Alvaro Morata, 29. Fabian Ruis, 32. Dani Karvahal, 45+2.

Hakim: Maykl Oliver (İngiltərə) Berlin. "Olympiastadion".

İtaliya – Albaniya 2:1  Qollar: Alessandro Bastoni, 11. Nikolo Barella, 16 - Nedim Bayrami, 1.

Hakim: Feliks Çvayer (Almaniya) Dortmund. "Signal Iduna Park".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər