AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, keçirilən iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland qarşılaşıb. Görüş Münhendəki "Alyans Arena"da keçirilib. Ronald Kumanın rəhbərlik etdiyi kollektiv rəqibini 3 cavabsız qolla yenərək adını 1/4 finala yazdırıb.

Digər qarşılaşmada isə Avstriya və Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşan oyunda qələbə qazanan tərəf Türkiyə millisi olub.

AÇ-2024 1/8 final 2 iyul

Rumıniya - Niderland 0:3

Qollar: Qakpo,20. Malen, 83; 90+3 Baş hakim: Feliks Şvayer (Almaniya). Münhen. "Alyans Arena".

Avstriya - Türkiyə 1:2  Qollar: Qreqoriç, 68 - Merih Demiral, 1; 60.

Baş hakim: Artur Diaş (Portuqaliya). Leyptsiq. "Red Bull Arena".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər