AÇ-2024: İtaliya ilə Danimarkadan darmadağın 

AÇ-2024: İtaliya ilə Danimarkadan darmadağın 

AÇ-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, üç qrupda ümumilikdə 7 görüş baş tutub.

İngiltərə Malta, İtaliya isə Şimali Makedoniya ilə matçda sürprizə imkan verməyiblər.

E qrupundakı hər iki görüş heç-heçə bitib. Moldova lideri Albaniyanı büdrədib, Polşa isə Çexiyanı məğlub edə blməyib.    H qrupunda Qazaxıstan San Marino üzərində inamlı qələbə qazanıb. Danimarka Sloveniyaya minimal, Finlandiya isə Şimali İrlandiyaya böyük hesabla qalib gəlib.

AÇ-2024, seçmə mərhələ 9-cu tur

17 noyabr

C qrupu İngiltərə - Malta 2:0 Qollar: Pepe, 8-öz qapısına, Keyn, 75. İtaliya – Şimali Makedoniya 5:2 Qollar: Darmian, 17. Kieza, 41, 45+3, Raspadori, 81, Əl Şaravi, 90+4 - Atanasov, 52, 74.

Xal: İngiltərə - 19, Ukrayna – 13, İtaliya – 13, Şimali Makedoniya – 7, Malta - 0.

E qrupu Moldova – Albaniya 1:1 Qollar:  Baboqlo, 87 - Çikalleşi, 25 Polşa – Çexiya 1:1 Qollar: Piotrovski, 38 - Souçek, 49

Xal: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları - 1.

H qrupu Qazaxıstan - San Marino 3:1 Qollar: Çesnokov, 19, 51. Aymbetov, 90+2-pen. - Frankiosi, 60  Finlandiya - Şimali İrlandiya 4:0 Qollar: Pojanpalo, 42. Hakans, 48, Pukki, 74, Lod, 88 Danimarka – Sloveniya 2:1 Qollar: Yoakim, 26, Delaney, 54 - Yanza, 30.

Xal: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər