AÇ-2024: İspaniya millisinin yekun heyəti açıqlandı

AÇ-2024: İspaniya millisinin yekun heyəti açıqlandı

Futbol üzrə İspaniya millisinin iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Luis De La Fuente qitə birinciliyində 26 oyunçunun xidmətindən yararlanacaq

Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”).

Müdafiəçilər: Dani Karvaxal ("Real Madrid"), Xesus Navas ("Sevilya"), Emerik Laport ("Əl-Nəsr"), Robin Le Norman ("Real Sosyedad"), Dani Vivian ("Atletik"), Alexandro Qrimaldo ("Bayer Leverkuzen"), Naço Fernandes ("Real Madrid"), Mark Kukurelya ("Çelsi").

Yarımmüdafiəçilər: Rodriqo Ernandes ("Mançester Siti"), Martin Subimendi ("Real Sosyedad"), Mikel Merino ("Real Sosyedad"), Fabian Ruis (PSJ), Aleks Baena ("Vilyarreal"), Pedri ("Barselona"), Fermin Lopes ("Barselona").

Hücumçular: Lamin Yamal ("Barselona"), Niko Uilyams ("Atletik"), Dani Olmo (“Leyptsiq”), Mikel Oyarsabal ("Real Sosyedad"), Xoselu ("Real Madrid"), Alvaro Morata ("Atletiko"), Ferran Torres ("Barselona"), Ayose Peres ("Betis").

Qeyd edək ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində keçiriləcək. B qrupunda yer alan İspaniya seçməsi İtaliya, Xorvatiya və Albaniya milliləri ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər