AÇ-2022: Yığmamız iki "qırmızı" ilə heç-heçəyə razılaşdı

AÇ-2022: Yığmamız iki "qırmızı" ilə heç-heçəyə razılaşdı

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komandamız Albaniya yığması ilə qarşılaşıb.

Təmsilçimiz iki qırmızı vərəqə alıb və tərəflər meydanı heç-heçə ilə tərk edib.

Azərbaycan millisi daha əvvəl Monteneqroya 1:6 hesabıyla yenilmişdisə, qrup oyunlarına ev sahibliyi edən Albaniya isə eyni rəqibə1:8 hesabıyla uduzmuşdu. Beləliklə, Monteneqro qrup lideri olubsa, yığmamız ikinci yeri tutub.

AÇ-2022-nin seçmə mərhələsi 30 sentyabr

Azərbaycan – Albaniya 3:3

Qollar: Şəkər Piriyeva, 29; 40. Sümeyra Kəsməz, 45+2 – Klaudiya Borsi, 7. Juarda Alijay, 21. Jehona Coka, 86.

Qırmızı vərəqələr: Lalə Abbaszadə 20, Şəkər Piriyeva, 53

Baş hakim: Marina Krupskaya (Rusiya).  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər