9 milyon dollara alıb Messiyə bu qiymətə satdılar

9 milyon dollara alıb Messiyə bu qiymətə satdılar

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi Fort Loderdeyl şəhərindəki sahildə yeni malikanə alıb. 

Fanat.Az xəbər verir ki, "The Real Deal" yayıb. 

Xəbərə görə, Leo okean sahilindəki daşınmaz əmlaka görə 10,8 milyon dollar ödəyib. Mənbə 8 yataq otağı, SPA -sı, idman zalı və hovuzu olan villanın "Drayv Pink" stadionundan və argentinalı hücumçunun hazırkı komandasının məşq bazasından təxminən 5 mil aralıda yerləşdiyini vurğualyıb.

Malikanənin 1988-ci ildə tikildiyi, 2000-ci ildə genişləndirildiyi bildirilib. Villanın əvvəlki sahiblərinin - onu Messiyə satanların tikilini 9 milyon dollara aldıqları da diqqətə çatdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər