75-ci ev heç-heçəsi

75-ci ev heç-heçəsi
Topaz Premyer Liqasının XX turunun "Zirə” ilə görüşü "Qarabağ” üçün yubileylə əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb. 1992-ci ildən keçirilən yarışda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib. "Qarabağ” evdəki bərabərlik sayında ikinci yerdədir. Öz meydanında ən çox heç-heçə edən klub isə "Neftçi”dir. Bakılılar evdə 83 sülhə imza atıblar.(pfl.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər