73 yaşlı qapıçı rekord qırdı - FOTO

73 yaşlı qapıçı rekord qırdı - FOTO
İraq əsiilli israilli futbolçu İsaak Hayik "peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu" olub.
Fanat.Az xəbər verir ki, 73 yaşlı  qapıçı İsrailin 4-cü liqasında çıxış edən "İroni Or Yehuda"nun formasını geyinir. İsaak Hayik komandasının "Makkabi Ramat Qan"a 1:5 hesabı ilə yenildiyi matçda meydana çıxaraq rekorda imza atıb. 
Gələn həftə 74 yaşını qeyd edəcək qapıçı "peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu" olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb. 
73 yaşlı qapıçı rekord qırdı - FOTO
Qırdığı rekorda görə çox xoşbəxt olduğunu deyən İsaak Hayik "Növbəti oyuna hazıram. Bu yaşda futbolçu karyeramı davam etdirə bildiyim üçün fəxr edirəm" deyib.
Qeyd edək ki, indiyədək "Ginnesin Rekordlar Kitabı"nda "peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu" 53 yaşında meydana çıxmış uruqvaylı Robert Karmona idi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər