600-ü keçdi, rekorda 1 addım qaldı

600-ü keçdi, rekorda 1 addım qaldı
Fransanın "Bastiya" klubunda çıxış edən Mixael Landreau rekord qırıb. Fanat.az xəbər verir ki, qolkiper Liqa 1-də 602-ci matçına çıxaraq Jean-Luk Ettorinin rekorduna şərik çıxıb.
"Bastiya"nın "Evyan"ı 2:0 hesabı ilə yendiyi Liqa 1-in XV tur matçında meydana çıxan Landreau 1996-cı ildən başlayan peşəkar karyerası ərzində hazırkı komandasından başqa "Nant", PSJ və "Lill"in formasını geyinib. Ettori isə 39 yaşında bitirdiyi karyerası ərzində sadəcə "Monako"da çıxış edib.
600-dən artıq oyun keçirən futbolçular siyahısında sadəcə Ettori və Landreaunun yer aldığı Fransa çempionatında ən çox oyun keçirən futbolçuların siyahısı belədi:
1. Jean-Luk Ettori (Monako), Mixael Landreau (Nant, PSJ, Lill, Bastiya) - 602
2. Dominike Dropsi (Valensiyenn, Strasburq, Bordo) - 596
3. Dominike Baratelli (Ayaçço, Nitsa, PSJ) - 593
4. Alain Giresse (Bordo, Olimpik Marsel) - 587
5. Silvain Kastendeux (Mets, Sent Etyenn, Tuluza) - 577
6. Patrik Battiston (Mets, Sent Etyenn, Bordo, Monako) - 558
7. Jakues Novi (Olimpik Marsel, PSJ, Strasburq) - 545
8. Roger Marşe (Reyms, Paris) - 542
9. Anri Mişel (Nant) - 532
10. Bertrand Demanes (Nant) - 532 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər