50 milyonluq hücumçu yarışı

50 milyonluq hücumçu yarışı

Fransanın "Monako" klubunda çıxış edən amerikalı hücumçu Folarin Baloqun üçün transfer yarışı pik həddə çatıb.

Fanat.Az xəbər verir ki, hazırda "Yuventus" futbolçunu heyətinə qatmaq üçün mübarizədə ilk sırada yer alır.

Lakin "Monako" rəhbərliyi 25 yaşlı forvardı üçün 50 milyon avro təzminat tələb edir.

Turin təmsilçisi ilə yanaşı "Borussiya Dortmund" və "Sanderlend" klubları da bu keçid üçün fürsət gözləyirlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər