50-dən çox ölkədən 700 cüdoçu Avstriyaya toplaşır

50-dən çox ölkədən 700 cüdoçu Avstriyaya toplaşır

Azərbaycanın cüdoçuları yanvarın 9-17-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Mittersil şəhərində təlim-məşq toplanışı keçəcək.

Fanat.Az xəbər verir ki, təlim-məşq toplanışında 50-dən çox ölkədən 700-dən çox idmançının iştirakı gözlənilir. Onların arasında bir neçə olimpiya və dünya çempionları da olacaq.

Təlim-məşq toplanışına Azərbaycanın kişi və qadınlardan ibarət komandaları qatılacaq. Liderlərlə yanaşı, "ikinci nömrə" cüdoçular da Avstriyaya yollanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər