"Roma"nın sabiq kapitanı Françesko Totti yenidən meydana mümkün qayıdışı haqda danışıb.
Fanat.Az xəbər verir ki, 7 il əvvəl karyerasını başa vuran əfsanəvi futbolçu "Calcio e Finanza" nəşrinə açıqlamasında A Seriyası klublarından dəvət aldığını bildirib:
“Son vaxtlar mənimlə əlaqə saxlayırlar. Həyatda heç vaxt “heç vaxt” deyə bilməzsən. Keçmişdə bir neçə il sonra meydana qayıdan oyunçular olub. A Seriyasında oynamaq üçün çox yaxşı məşq etməliyəm.
Bu yaxınlarda A Seriyasının bəzi klubları mənimlə maraqlandılar. Bu, bir ay əvvəl baş verdi. Açığı, aldığım təkliflər məni bir az həyəcanlandırdı, bir az da narahat oldum. Özümdən soruşdum: “Niyə illər keçsə də, hələ də mənimlə maraqlanırlar? Təklifi qəbul etsəydim, bir neçə aya tam hazır olardım”.
Qeyd edək ki, Tottinin sentyabrda 48 yaşı tamam olub.
Mirağa