47 günlük baş məşqçi

47 günlük baş məşqçi

Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Viktor Sançeslə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

Ayrılığa səbəb komandanın Çempionlar Liqasında uğursuz çıxışı olub. Belə ki, "Olimpiakos" turnirin III təsnifat mərhələsində İsrailin "Hapoel" (Beer Şeva) klubuna yenilərək Avropa Liqasına dühüb.

Beləliklə, Viktor Sançesin Yunanıstan karyerası cəmi 47 gün davam edib. O, bu posta iyunun 23-də təyin edilmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər