41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

41 ildən sonra ilk dəfə Çempionlar Liqasında oynayacaq "Aston Villa" heyətini gücləndirmək üçün planlar qurur. 

Fanat.Az "TEAMtalk"-a istinadən xəbər verir ki, Birmingem klubu PSJ-dən Karlos Soleri transfer etmək yönündə danışıqlarda irəliləyiş əldə edib. 

Paris klubunun baş məşqçisi Luis Enrike də futbolçunu buraxmağın əleyhinə deyil. Çünki 27 yaşlı ispan yarımmüdafiəçi həmyerlisinin planlarına daxil deyil.

Karlos Soler Fransa nəhənginə 2022-ci ilin yayında 18 milyon avroya "Valensiya"dan gəlib. O, bu mövsüm Liqa 1-də cəmi 999 dəqiqə oynayıb. 27 matça çıxan yarımmüdafiəçi bu görüşlərdə 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər