40 dəqiqəyə 63 min xərclədi, ofisianta 370 manat verdi

40 dəqiqəyə 63 min xərclədi, ofisianta 370 manat verdi

"Beşiktaş"ın serb futbolçusu Duşko Toşiçin həyat yoldaşı Jelena Karleusa Serbiyadan İstanbula qayıdıb. Fanat.Az xəbər verir ki, müğənni Türkiyəyə dönən kimi mətbuatın gündəminə gəlib.

Buna səbəb onun alış-verişdə xərclədiyi məbləğ olub. Məlumata görə, gələn kimi "Zorlu Center"ə üz tutan Jelena məşhur geyim markalarından birinin məhsullarını alıb. Cəmi 40 dəqiqə mağaza olan futbolçunun xanımı bu müddətdə 63 min lirə (təxminən 31 min manat) xərcləyib.

Məşhur müğənni daha sonra "Beşiktaş Akaretler"dəki restoranlardan birinə baş çəkib. Burda ona 670 lirə (330 manat) hesab gətirən ofisianta 200 avro (373 manat) bəxşiş verib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər