Cənubi Amerikada "DÇ-2018"nin seçmə mərhələ oyunları davam edir. Fanat.az xəbər verir ki, bu gecə daha bir oyun baş tutub.
Günün yeganə oyununda Braziliya Uruqvayı qəbul edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Oyuna fəal başlayan Braziliya 1-ci dəqiqədə hesabı açıb. Rəqib qapısına "Bavariya"nın formasını geyinən Duqlas Kosta yol tapıb. 26-cı dəqiqədə Uruqvayı Burak Yılmazla birlikdə Çinin "Pekin Quan" klubunda çıxış edən Renato Auqusto məyus edib. 31-ci dəqiqədə PSJ-li Edinson Kavani fərqi azaldıb. 48-ci dəqiqədə isə "Barselona"lı Luis Suares komanda yoldaşı Neymarı məyus edərək hesabı bərabərləşdirib.
Cənubi Amerikada 10 komandanın iştirakı ilə keçirilən seçmə mərhələnin turnir cədvəlinə 5 turdan sonra 13 xalla Ekvador başçılıq edir. 10 xalı olan Uruqvay 2-ci pillədə qərarlaşıb. Braziliya, Paraqvay və Argentina 8 xalla 3-5-ci pillələri bölüşür. Növbəti 5 pilləni uyğun olaraq Çili, Kolumbiya (7 xal), Peru (4 xal), Boliviya (3 xal) və Venesuela (1 xal) tutur.
Fanat.az