38 yaşlı Riberi A Seriyasında oynayacaq

38 yaşlı Riberi A Seriyasında oynayacaq

Son klubu "Fiorentina" olan Frank Riberi yenidən A Seriyasında çıxış edəcək.

Fanat.Az xəbər verir ki, 38 yaşlı fransalı vinger "Salernitana" ilə anlaşıb.

Daha çox uzun illər formasını geyindiyi "Bayern Münhen"dəki oyunu ilə məşhurlaşan Frank "Salernitana"nın heyətinin təqdimat mərasiminə qatılıb.

Bir neçə gün öncə onun Salerno təmsilçisi ilə 1 illik müqavilə imzalayacağı və bu müddətdə 1,5 milyon avro qazanacağı barədə informasiyalar yayılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər