38 yaşlı əfsanə "Lester"lə vidalaşdı - RƏSMİ

38 yaşlı əfsanə "Lester"lə vidalaşdı - RƏSMİ

"Lester"in hücumçusu Ceymi Vardinin əfsanəsi olduğu klubu tərk edəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, 38 yaşlı forvardın vida videoçarxını "tülkülər"in mətbuat xidməti yayıb.

Vardi 2012-ci ildən "Lester"dədir. 2015/2016 mövsümündə formasını geyindiyi komanda ilə İngiltərə Premyer Liqasının (İPL) qalibi adını qazanan Ceymi həmin "futbol ili"ndə çempionatın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, hazırda İPL-in turnir cədvəlində 18 xalla 19-cu yerdə mövqe tutan "Lester"in Çempionşipə düşəcəyi dəqiqləşib. Vardi cari mövsüm ölkə birinciliyində 7 qolla yadda qalıb.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər